Stamenkoviç: "Azərbaycan komandaları hələ buna nail ola bilməyiblər"

Stamenkoviç: "Azərbaycan komandaları hələ buna nail ola bilməyiblər"
Futbol
22 Yanvar 2017 - 21:25
Supersport.Az-ın məlumatına görə, vaxtilə "Neftçi"nin qapısını qoruyan hazırda "Okjetpes" klubunda çıxış edən Saşa Stamenkoviç açıqlama verib.

Təcrübəli qolkiper, Azərbaycan və Qazaxıstan futbolunu da müqayisə edib:

"Hər bir çempionatda fərqliliklər və oxşarlıqlar var. Məsələn, Azərbaycanda çoxlu gənc, maraqlı futbolçular yetişib. Qazaxıstanda da həmçinin. Fərq isə statistikadadır. "Astana" Çempionlar Liqasının qrup mərhələsində oynasa da, Azərbaycan komandaları hələ buna nail ola bilməyiblər. Ancaq Azərbaycan təmsilçilərinin Avropa Liqasında təcrübələri daha çoxdur. Biz 2012-ci ildə "Neftçi" ilə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələrək tarix yazdıq. Ondan sonra bir neçə klub bu uğuru təkrarladı. Əgər məndən soruşsalar, "harada yaxşıdır", mən deyərəm Qazaxıstanda. Burada insanlara qarşı əla münasibət var. Birinci budur, sonra futbol".

Stamenkoviçə "Neftçi"nin bu il çempionatda "Qəbələ"yə 0:8 hesabı ilə uduzması barədə də sual verilib:

"Mən "Neftçi"də çıxış etmişəm və bu klubun azarkeşinə çevirilmişəm. O məğlubiyyət mənə pis təsir etdi. Həmin vaxt çox adam öz fikirini bildirdi. Məncə, o vaxtdan bir çox şeylər dəyişib və "Neftçi" daha yaxşı oynamağa başlayıb"(prosports.kz).

Digər xəbərlər