Depay rəsmən "Lion"da

Depay rəsmən "Lion"da
Futbol
20 Yanvar 2017 - 17:34


"Mançester Yunayted"in holland futbolçusu Memfis Depayın "Lion"a keçidi rəsmiləşib.

 

Supersport.Az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu  ilə müqavilə imzalanıb.Gənc forvard yeni komandasında 9 nömrəli formanı geyəcək.

 

"Lion" bu transfer üçün qarşı tərəfə 17,2 milyon avro ödəyib.

 

Qeyd edək ki, Depay bu mövsüm "Mançester Yunayted" forması ilə cəmi 134 dəqiqə meydanda olub.

Digər xəbərlər