Çempionlar Liqasının qrupunda azərbaycanlı hakim

Çempionlar Liqasının qrupunda azərbaycanlı hakim
Digər, Voleybol
20 Yanvar 2017 - 14:45



Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Supersport.Az saytının məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsində iş başında olacaq.

 

Əliyev III tur çərçivəsində baş tutacaq “Vakıfbank” (Türkiyə) – “Dresdner” (Almaniya) duelində ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçda əsas referi isə fransalı Lois Quest olacaq.

 

Qeyd edək ki, oyun yanvarın 25-də İstanbulda keçiriləcək.

Digər xəbərlər