Müşviq İsayevin xatirə turnirində ilk gün sərbəst güləşçilər yarışıb

Digər, Güləş
14 Yanvar 2017 - 22:16
Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir keçirilir. Supersport.Az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak edir.
İlk yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəkidə sərbəst güləş üzrə 190 pəhləvan mübarizə aparıb.
Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və qiymətli hədiyyə ilə təltif edilib. Komanda hesabında Azərbaycan güləşçiləri birinci, Qazaxstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub və kubokla mükafatlandırılıb.

42 kq 1. Umidjon Jalalov (UZB) 2. Tofiq Əliyev 3. Ruslan Şıxıyev 3. Kənan Məmmədzadə | 46 kq 1. Elman Kadırseit (KAZ) 2. Mürşüd Hüseynov 3. Vacib Məmmədov 3. Arslan Rakimov (UZB) | 50 kq 1. Nurimbek Atabekuli (KAZ) 2. Jamşidbek Marufov (UZB) 3. Ramiz Həsənov 3. Tamerlan Əhmədov | ||
54 kq 1. Daulet Temirjanov (KAZ) 2. Şahmurad Usuflu 3. Əsgər Məmmədəliyev 3. Fərid Əhmədov | 58 kq 1. Vüsal Hüseynov 2. Firuz Yaqubov 3. Əlimuxtar Abbasov 3. Turan Bayramov | 63 kq 1. Bilal Tavayev (RUS) 2. Məhəmməd Nuriyev 3. Məhəmməd Əliyev 3. İxtiyor Nurmuradov (UZB) | ||
69 kq 1. Davud İbrahimov 2. Ruhlan Məmmədov 3. Adilet Kabidulla (KAZ) 3. Səfər Hacıyev | 76 kq 1. İslam Əliyev 2. Fuad Mayılov 3. Elmar Cəlilov 3. Yusub Yusubov (RUS) | 85 kq 1. Sənan Əliyev 2. Murad Həsənov 3. Ayaz İsbayılov 3. Fərid İsrafilov | ||
100 kq 1. Adəm İsmayılov 2. Aydın Əhmədov 3. Hamlet Nəsibli 3. Bahdaulet Oserbay (KAZ) |