U-21 millimizin 2 rəqibi müəyyənləşdi

U-21 millimizin 2 rəqibi müəyyənləşdi
Futbol
09 Yanvar 2017 - 15:26
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız yanvarın 12-də Almaniyanın FC “Rot Weis Erfurt”, yanvarın 14-də isə Qazaxıstanın “Okjetpes” komandası ilə qarşılaşacaq.

Oyunlar, müvafiq olaraq, Bakı vaxtı ilə saat 16:00 və saat 18:00 başlayacaq.

Digər xəbərlər