Bakıdakı "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdi

Bakıdakı "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdi
Digər, Cüdo
05 Yanvar 2017 - 19:37
Supersport.Az-ın məlumatına görə, ənənəvi olaraq hər il may ayının ilk həftəsində keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinin təqvimində dəyişiklik edilib.

Turnir  əvvəldən planlaşdırıldığı kimi may ayında yox, martda keçiriləcək. Buna səbəb Bakının mayda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Beynəlxalq cüdo federasiyasının rəsmi saytında yer alan təqvimdə "Böyük Dəbilqə" turnirinin martın 10-dan 12-nə kimi davam edəcəyi göstərilib.

Dünyanın ən güclü cüdoçuları paytaxtımızın qonağı olmazdan öncə fevral ayında Paris və Düsseldorfda keçiriləcək "Böyük Dəbilqə" və "Qran Pri" yarışlarında mübarizə aparacaq. Ümumilikdə təqvimdə 5 Böyük Dəbilqə və eyni sayda Qran pri turnirləri yer alıb. Təqvimə əsasən mövsümə dekabrda Tokioda keçiriləcək "Böyük Dəbilqə" yarışıyla yekun vurulacaq.

Digər xəbərlər