Şumaxerin müalicəsinə milyonlar xərclənib

Şumaxerin müalicəsinə milyonlar xərclənib
Digər, Formula-1
04 Yanvar 2017 - 19:15
Supersport.Az-ın məlumatına görə, üç il əvvəl Fransa dağlarında xizək sürərkən qəzaya düçar olan əfsanəvi pilot Mixael Şumaxerlə bağlı maraqlı rəqəmlər ortaya çıxıb.

"Formula-1"in yeddiqat dünya çempionuna İsveçrənin Cenevrə gölü yaxınlığındakı villasında 15 nəfərdən ibarət tibbi personal xidmət edir. Üç il müddətində 48 yaşlı Şumaxerin müalicəsinə 14 milyon funt sterlinq xərclənib. Həftəlik məbləğ 115 mindir.

Qland şəhərində idmançının fotoqrafı üçün bəzi ingilis qəzetlərin paparatsilərə 1 milyon sterlinq təklif etdiyi bildirilir.

Şumaxer ailəsi bunun qarşısının alınması üçün təhlükəsizliyi gücləndirib.

Pilotun meneceri Sabine Kehm bu haqda açıqlama verib:

"Mixaelin yaşamaq uğrunda mübarizə aparması üçün müsbət enerjilərimizi göndərməyə çalışırıq. Səhhəti haqqında ailəyə hörmət olaraq məlumat verə bilmərəm. Çünki onlar bunun sirr qalmasını istəyirlər".

Digər xəbərlər