AZARKEŞ UEFA-NI MƏHKƏMƏYƏ VERDİ

AZARKEŞ UEFA-NI MƏHKƏMƏYƏ VERDİ
Futbol
26 Noyabr 2016 - 19:31
Supersport.Az-ın məlumatına görə, azarkeş UEFA-nı məhkəməyə vermək qərarına gəlib.

"Atletiko Madrid" klubunun fanatı Jose Antonio Kampon Çempionlar Liqasnın finalında "Real Madrid"in futbolçusu Serxio Ramosun qolu ofsayddan vurduğunu, ingilis hakim Mark Klattenburqun səhv qərar verdiyini iddia edərək UEFA və referidən 1660 avro təzminat tələb edib.

Azarkeş bildirib ki, biletin qiyməti 160 avro olub və 1500 avronu isə ona dəyən mənəvi ziyana görə istəyir.

Xatırladaq ki, bu ilin 28 mayında İtaliyanın Milan şəhərində keçirilən Çempionlar Liqasının fianlında "Real Madrid"li Ramos 15-ci dəqiqədə hesabı açıb, "Atletiko"lu Yannik Karrasko 79-cu dəqiqədə bərabərlik qolunu vurub. Penaltilər seriyasında "Real Madrid" 5:3 hesablı qələbə qazanaraq, kuboka sahib çıxıb.

Digər xəbərlər