MESSİ MÜQAVİLƏ BAĞLAMAQDAN İMTİNA EDİR

MESSİ MÜQAVİLƏ BAĞLAMAQDAN İMTİNA EDİR
Futbol
14 Noyabr 2016 - 20:44
Supersport.Az-ın məlumatına görə, "Barselona"da qaldırmadığı kubok və qırmadığı rekord qalmayan Lionel Messinin klubdan ayrılacağı bildirilir.

Argentinalı futbolçu, müqaviləsinin bitməsinə 1,5 il qalmış yeni sözləşmə imzalamaq istəmir. Messi bir il müddətində bunu etməsə, sərbəst qalacaq.

Ən son 2014-cü ilin mayında müqaviləni yeniləyən və 250 milyon avroya sərbəst qalması maddəsi əlavə olunan argentinalı futbolçu, daha əvvəl 7 dəfə "Barselona" müqavilə bağlayıb.

Messi, hazırda "Mançester Siti" və PSJ-nin maraq dairəsindədir.

Digər xəbərlər