Noyabrın 12-də qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin 3-cü təsnifat mərhələsinə start verilib.
Supersport.Az xəbər verir ki, Belçikanın “Femina Vize” kollektivini “ABU Arena”da qəbul edən Bakı təmsilçisi ABU rəqibindən üstün olub. İlk hissəni 14:10 hesabı ilə öz xeyrinə bitirən qadın həndbolçularımız ikinci hissədə də üstünlüyü davam etdirərək yekunda 26:16 hesabı ilə qalib gəliblər.
Makedoniyalı hakimlərin idarə etdiyi oyunda nominal ev sahibi qismində qonaqlar çıxış ediblər.
Cavab oyunu isə noyabrın 13-də əvvəlcədən razılaşdırıldığı kimi “ABU Arena”da təşkil olunacaq.