MASALLIDA CÜDO ÜZRƏ REGİON BİRİNCİLİYİ KEÇİRİLİB

MASALLIDA  CÜDO ÜZRƏ REGİON BİRİNCİLİYİ KEÇİRİLİB
Digər, Cüdo
04 Noyabr 2016 - 21:16
Masallıda cənub bölgəsi üzrə 2000-2005-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib.

Supersport.Az xəbər verir ki, yarışda 100-dək cüdoçu qüvvəsini sınayıb.

Birinciliyə Masallı, Salyan, Biləsuvar, Lənkəran, Şirvan və İmişlidən olan idmançılar qatılıblar.

Qaliblər federasiyanın diplom, medal və mükafatları ilə təltif ediliblər.

Digər xəbərlər