"İNTER"İN PREZİDENTİ AZARKEŞLƏRLƏ GÖRÜŞ KEÇİRDİ - FOTO

"İNTER"İN PREZİDENTİ AZARKEŞLƏRLƏ GÖRÜŞ KEÇİRDİ - FOTO
Futbol, Foto
04 Noyabr 2016 - 00:02

Bu gün "İnter" PİK prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüfət Abdullayev klubun azarkeşləri ilə görüşüb.


Supersport.Az xəbər verir ki, "İnter Arena" stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə Rüfət Abdullayev "İnter" komandasına göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib. R.Abdullayev deyib ki, klub rəhbərliyi bundan sonra da azarkeşlərlə münasibətlərinin yüksək səviyyədə saxlanılmasına çalışacaq. "İnter" Azarkeş Klubu üzvlərinin fikir və təkliflərini dinləyən Rüfət Abdullayev belə xoş münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu açıqlayıb.

 












Digər xəbərlər