MİLLİMİZDƏ İTKİ

MİLLİMİZDƏ İTKİ
Futbol
01 Noyabr 2016 - 21:21
Supersport.Az-ın məlumatına görə, futbol üzrə milli komandamız Şimali İrlandiya ilə noyabrın 11-də keçiriləcək oyuna ciddi itki ilə cıxacaq. "İnter"in hücumçusu Rauf Əliyev Belfastdakı matçı buraxacaq.

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Sumqayıt"la oyunda zədələnən futbolçunun vəziyyəti ciddidir. Əzələsi dartılan millimizin üzvü bu gün tibbi müayindən keçib və məlum olub ki, o, ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, 28 yaşlı forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək oyuna dəvət almayacaq.

Digər xəbərlər