MİLLİMİZ RUMİNİYANI MƏĞLUB ETDİ

MİLLİMİZ RUMİNİYANI MƏĞLUB ETDİ
Futbol
31 Oktyabr 2016 - 00:13


17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

 

Supersport.Az xəbər verir ki, Rumıniya komandası ilə qarşılaşan yığmamız qələbə qazanıb – 1:0. Qolu Xaqani Sadıqov vurub.

 

Xatırladaq ki, futbolçularımız qrupun ilk oyununda İngiltərə komandasına 0:2, növbəti qarşılaşmada isə Avstriya yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu.

 

Son oyunda qələbə qazanmaqla yığmamız ilkin seçmə mərhələni mübarizə apardığı qrupda 3-cü pillədə başa vurub.

Digər xəbərlər