ABDULBARİ GÖZƏL: "MƏN "QARABAĞ"A GÜVƏNİRƏM" - VİDEO

ABDULBARİ GÖZƏL: "MƏN "QARABAĞ"A GÜVƏNİRƏM" - VİDEO
Futbol, Video
21 Oktyabr 2016 - 03:00
Supersport.Az Avroiqanın qrup mərhələsinin üçüncü turunda PAOK-a dərs keçən "Qarabağ"ın prezidenti Abdulbari Gözəlin fikirlərini videogörüntüyə alıb.

"Bu günlərdə Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olundu. Azərbaycanın hər sahəsi kimi futbolu da inkişaf edir. Şükürlər olsun ki, bu gün 2-0 hesablı qələbə qazandıq. Bu, bizim üçün böyük uğurdur. Qələbəyə görə futbolçuları təbrik elədim" - deyə, klub rəhbəri bildirib.

Onun fikrincə, "Qarabağ" səfərdə də PAOK-a qalib gələ bilər:

"Biz artıq rəqibi tanıdıq. Qurban müəllim səfər oyununa komandanı yaxşı hazırlaşdıracaq. Mən inanıram ki, orda da yaxşı olacaq. Nigaran, narahat deyiləm. "Qarabağ" özünə güvənir, komandamızın öz oyun üslubu var".
"Qarabağ"ın transfer siyasəti haqda danışan klub prezidenti, "Transfer asan məsələ deyil. Yaxşı futbolçu gətirsən də, "Qarabağ"da oynaya bilmir. Dediyim kimi, komandamızın özünəməxsus oyun üslubu var. Ancaq biz həmişə futbolçu axtarırırq", deyib.

Abdulbari bəy "Qarabağ"ın qrupdan çıxmaq şanslarını belə dəyərləndirib: "Vallah onu deyə bilmərəm. Ancaq "Qarabağ"a güvənirəm".

O, oyunu böyük həyəcanla izlədiyini vurğulayıb:

"İkinci qoldan sonra daha da rahatlaşdım. Əmin oldum ki, "Qarabağ" qalib gələcək".


Süleyman ELYAZ

Digər xəbərlər