RONALDODAN 260 MİNLİK "SABAHINIZ XEYİR" STATUSU

RONALDODAN 260 MİNLİK "SABAHINIZ XEYİR" STATUSU
Futbol
18 Oktyabr 2016 - 12:47
Portuqaliya millisinin və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasına daha birini əlavə edib.

Supersport.Az xəbər verir ki, İspaniya çempionatının son turunda “Betis” üzərində 6:1 hesablı qələbədən məmnun qalan portuqaliyalı oyunun ertəsi gün “İnstaqram”da izləyicilərini özünəməxsus şəkildə salamlayıb.

O, yeni “Lamborcini Aventador”la çəkdirdiyi şəkli paylaşaraq, “Sabahınız xeyir” statusu ilə diqqət çəkib. Ronaldonun bu avtomobili 260 min funt sterlinq dəyərindədir.

31 yaşlı hücumçunun 515 at gücünə malik nəqliyyat vasitəsi önündə poza verməsinə özünün uğurlu çıxışı da rəvac verib. “Betis”lə görüşdə sonuncu qolun müəllifi olan Ronaldo yeni mövsümdə 7-ci matçda 4-cü dəfə fərqlənib.

Digər xəbərlər