"QƏBƏLƏ"NİN DÖYÜŞÇÜSÜNDƏN 7-Cİ QƏLƏBƏ

"QƏBƏLƏ"NİN DÖYÜŞÇÜSÜNDƏN 7-Cİ QƏLƏBƏ
Digər
06 Oktyabr 2016 - 14:28
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb.

Supersport.Az xəbər verir ki, 26 yaşlı idmançımız Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA (qarışıq döyüş növləri) döyüşlərində uğurla çıxış edib.

Dünya kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb. Üç raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gələn H.Əliyev 9-cu sınağında 7-ci qələbəsini əldə edib.

Digər xəbərlər