ELXAN ABDULLAYEV: "HAZIRDA İNKİŞAF 3-5 FAİZDİR"

ELXAN ABDULLAYEV: "HAZIRDA İNKİŞAF 3-5 FAİZDİR"
Futbol
01 Oktyabr 2016 - 21:59
Supersport.Az-ın məlumatına görə, "Kəpəz"lə oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev qələbəni şərh edib.

"Futbolçularımız bu gün yaxşı oynadılar. Bu qələbə bizə çox lazım idi. Sonuncu dəqiqələrdə qol vurmağımız məni daha çox sevindirdi. Bu qələbədən sonra komandanın özünə inamı daha da artdı. Amma qarşıda görüləcək çox işimiz var. Hazırda inkişaf 3-5 faizdir. Çalışırıq ki, hər oyundan-oyuna komanda artırsın. Sevindirici haldır ki, futbolçular sona qədər döyüşdü. Çünki bundan əvvəlki iki oyunda hesabı açsaq da, qələbəni əldən vermişdik. Amma bu gün həm iki qol vurduq, həm də qələbə qazandıq".

Digər xəbərlər