ADİL ŞÜKÜROV: "BU NƏTİCƏNİ SƏRFƏLİ SAYMIRAM"

ADİL ŞÜKÜROV: "BU NƏTİCƏNİ SƏRFƏLİ SAYMIRAM"
Futbol
30 Sentyabr 2016 - 18:17
Supersport.Az-ın məlumatına görə, "İnter"lə oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov açıqlama verib.

"İlk növbədə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. İkinci yarıda sərgilədikləri futbola görə uşaqlara paltardəyişmə otağında minnətdarlıq etdim. Amma bu nəticəni sərfəli saymıram. Qol vurmaqda çətinlik çəkirik. Çalışıb, bu problemi aradan qaldırmalıyıq. Futbol emosional, hisslərdən ibarət oyundur. Futbolçuların üzərində təzyiq var idi. Qalib gələ bilmirdilər deyə psixoloji basqı hiss edirdilər. Amma rəhbərlik nəticəyə görə bizə heç vaxt təzyiq göstərməyib. Fasilə bizim işimizə yarayacaq. Murad Səttarlı zəif oynadığı üçün fasilədə onu Aleksandr Şemonayevlə əvəzlədim. Hər futbolçunun enişi-çıxışı olur. Ümid edirəm ki, o əvvəlki formasını bərpa edəcək" - deyə, çalışdırıcı bildirib.

İsa

Digər xəbərlər