"QARABAĞ" İTALİYADA UDUZDU

"QARABAĞ" İTALİYADA UDUZDU
Futbol
29 Sentyabr 2016 - 22:55
Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində növbəti matçına çıxıb.

Ağdam klubu səfərdə İtaliyanın "Fiorentina" komandasının qonağı olub. 30-cu dəqiqədə "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə meydandan kənarlaşdırılıb. Bundan sonra Azərbaycan klubu 5 qol buraxıb.

Xatırladaq ki, "Qarabağ" ilk turda Bakıda Çexiyanın "Slovan" klubu ilə heç-heçəyə razılaşıb - 2:2.

Avropa Liqası. Qrup mərhələsinin 2-ci turu. J qrupu

21:00. "Fiorentina" - "Qarabağ" 5-1

Qol: Babakar 39, 45+2, Kaliniç 43, Zarate 63, 78 - Dino Ndlovu 90.

Baş hakim: Oliver Draxta (Avstriya).

Florensiya. "Artemio Franki" stadionu.




"Fiorentina": 12. Çiprianu Tataruşanu, 4. Sebastian De Mayo, 6. Karlos Sançes, 9. Nikola Kaliniç, 10. Federiko Bernardeşi, 15. Maksimiliano Oliviera, 16. Kristian Tello, 18. Karlos Salsedo, 19. Sebastian Kristofor, 30. Xouma Babakar, 40. Nenad Tomoviç

Ehtiyat oyunçular: 1. Luka Lezzerini, 5. Milan Badeli, 7. Mauro Zarate, 8. Matias Veçino, 20. Borxa Valero, 25. Federiko Kyeza, 31. Xrvoye Milik

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 32. Elvin Yuniszadə, 25. Ansi Aqolli, 8. Miçel, 20. Riçard Almeyda, 15. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 99. Dani Kintana, 9. Reynaldo Silva

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev



Digər xəbərlər