YUNUS MALLI: "QƏBƏLƏ"DƏ BİR NEÇƏ TƏHLÜKƏLİ OYUNÇU VAR"

YUNUS MALLI: "QƏBƏLƏ"DƏ BİR NEÇƏ TƏHLÜKƏLİ OYUNÇU VAR"
Futbol
28 Sentyabr 2016 - 21:35
Supersport.Az-ın məlumatına görə, "Qəbələ" ilə oyun ərəfəsində "Maynts"ın türk futbolçusu Yunus Mallı fikirlərini bildirib:

"Burda olduğumuz üçün sevinirik. "Maynts-05" üçün yeni təcrübədir. Rəqib çempionatında çox yaxşı çıxış edir. Ancaq Avroliqa fərqli turnirdir. Ola bilər, daha çox topa biz sahib olduq. Sabah 3 xal qazanmağa çalışacağıq. Oyuna tam hazırıq. Qələbə qazana bilməsək də, bu dünyanın sonu olmayacaq. Çünki bundan sonra da 4 oyunumuz qalacaq. Ancaq qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün sabah qalib gəlmək bizim üçün çox yaxşı olardı. Məşqçi rəqib haqda bizi məlumatlandırıb. "Qəbələ"də bir neçə təhlükəli oyunçu var. Amma biz ilk növbədə öz oyunumuza fikir verməliyik".

Cəfər

Digər xəbərlər