"FİORENTİNA"NIN RƏSMİ SAYTI: "QARABAĞ" CİDDİ KOMANDADIR"

"FİORENTİNA"NIN RƏSMİ SAYTI: "QARABAĞ" CİDDİ KOMANDADIR"
Futbol
28 Sentyabr 2016 - 00:48
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın qarşılaşacağı "Fiorentina" güclü klubdur. Baxmayaraq ki, komanda İtaliya çempionatında 20 komanda sırasında 5 turdan sonra 8 xalla 11-ci pillədə qərarlaşıb.

"Fiorentina" "Roma"nı 1:0 hesabı ilə məğlub edib, "Milan"la qolsuz bərabərə qalıb. "Fio" 4-4-2, 3-4-2-1 taktiki sxeminə üstünlük verir. Milan təmsilçisi ilə qarşılaşmada Florensiya komandası 61 faiz topa sahib olub. "Fiorentina"nın baş məşqçisi Paulo Souza hücum xəttində problemləri qabardıb, "Qarabağ"la oyunda qələbənin vacib olduğunu bildirib.

"Milan"la qarşılaşmada "Fiorentina" 3-4-2-1 sxemi ilə oynayıb. Komandanın heyətində Tataruşanu, Tomoviç, Qonzalo Rodriges (Vesino 58), Salsedo; Bernardeski, Badel (Tello 73), Sançes, Miliç; Borya Valero, İliçiç (Babakar 82); Kaliniç çıxış edib. Ehtiyatda Lezzerini, Draqovski, De Maio, Diks, Olivera, Kristoforo, Çiesa, Haci, Zarate olub.

İtaliya klubunun rəsmi saytı, Azərbaycan komandasını ciddi, mübariz, möhkəm komanda kimi xarakterizə edib.

Xatırladaq ki, Avroliqanın qrup turnirinin ilk oyununda "Fiorentina" səfərdə PAOK-la qolsuz heç-heçəylə kifayətlənib.

Digər xəbərlər