"QEYRİ-ADİ HESAB OLDU"

"QEYRİ-ADİ HESAB OLDU"
Futzal
23 Sentyabr 2016 - 08:12

Futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilən Tailand – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Junior açıqlama verib.


“Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından. Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.

Xatırladaq ki, Azərbaycan yığması Tailandı 13:8 hesabı ilə məğlub edib.

 

Digər xəbərlər