ƏŞRƏF ƏLİYEV BÜRÜNC MEDAL QAZANDI

ƏŞRƏF ƏLİYEV BÜRÜNC MEDAL QAZANDI
Digər, Güləş
22 Sentyabr 2016 - 21:00
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir. Supersport.Az xəbər verir ki,

Çempionatın ikinci günündə 74, 86, 97 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü  1 bürünc medalla başa vurub.

74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyev Əlcəzair və Polşadan olan rəqiblərini məğlub edib. Yarımfinalda İran idmançısı ilə gərgin keçən görüşdə hakimlərin kobud səhvləri ilə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Hindistan idmançısını üstələyən güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Xatırladaq ki, ilk yarış günündə Ağahüseyin Mustafayev (65 kq) qızıl, Coşqun Əzimov (70 kq) gümüş medal qazanıb.

Digər xəbərlər