"QARABAĞ" İRANDAKI TURNİRDƏN İMTİNA ETDİ - ŞƏKİLLƏR

"QARABAĞ" İRANDAKI TURNİRDƏN İMTİNA ETDİ - ŞƏKİLLƏR
Digər
17 Sentyabr 2016 - 23:20
QATİL ERMƏNİLƏRLƏ QARDAŞLIQ EDƏN FARS REJİMİNƏ GÖRƏ

qaradagrc-225x300

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" reqbi klubu Tehranda İran prezidentinin kuboku uğrunda yarışda iştirakdan imtina etməsi ilə bağlı bəyanat yayıb.

"Klubumuzun internet səhifəsində və müxtəlif KİV nümayəndəliklərində "Qarabağ" RK-nın U-14 komandasının cari ilin noyabr ayında reqbi üzrə İran prezidenti kubokunda iştirak etmək üçün Tehrana dəvət olunduğu haqda məlumat verilmişdi. Komandamız bu yarışa böyük həvəslə və məsuliyyətlə hazırlaşırdı. Lakin dünən KİV-də yayılan məlumat bizi olduqca məyus etdi.

Tehranda keçirilən erməni olimpiadasında rəsmi olaraq qondarma "dağlıq qarabağ respublikası"nı təmsil edən "Artsax" komandası iştirak edir. Yarışın açılış mərasimində adı yuxarıda göstərilən komandanın nümayəndələri qondarma respublikanın bayrağı ilə idman dəstlərinin üzərində "Artsax" yazısı ilə maneəsiz olaraq dövrə vurublar. Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını iddia edən ölkənin paytaxtında keçirilən rəsmi yarışda idman nazirliyinin bu hala şərait yaratması bizi təəccübləndirir.

Bunun nəticəsində biz Şuşa şəhərini təmsil edən "Qarabağ" Reqbi Klubu olaraq İran İslam Respublikasından aldığımız dəvəti qəbul etməyi məqsədəuyğun saymırıq. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və ərazi bütövlüyümüzü şübhə altına salan təşkilatların bayrağı altında keçirilən yarışlarda biz heç bir halda iştirak etməyəcəyik".

iran2-300x184

iran4-e1474109051298-300x184iran1-e1474109007431-300x183

 

Digər xəbərlər