AVROPA QURUMUNUN RƏSMİ SAYTI AZƏRBAYCANLI ÇEMPİONDAN YAZDI

AVROPA QURUMUNUN RƏSMİ SAYTI AZƏRBAYCANLI ÇEMPİONDAN YAZDI
Digər, Cüdo
17 Sentyabr 2016 - 19:23
2016-cı il gənclər  arasında cüdo üzrə Avropa  Çempionatının ilk günü böyük həyəcanla  kimlər üçün zəfər  və kimlər  üçünsə məyusluqla sona çatıb.

8 finaldan ikisini günün ən təsirli çıxışları ilə yadda qalan güclü Azərbaycan yığması qazanıb.

Azərbaycan cüdoçusu Hidayət Heydərov stabil çıxışı ilə 73 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. 19 yaşlı cüdoçu günə yüksək xalla başlasa da, qəfildən yuko ilə az qala rumıniyalı rəqibi Aleksandru Raisu  tərəfindən məğlub edilirdi: "Mən çox əsəbi idim və fikirləşirdim ki, uduzacam" - deyə Heydərov bu anı xatırlayır. Lakin azərbaycanlı cüdoçu rumın Raisunu ipponla məlubiyyətə uğratdıqdan sonra düşüncələrinə qalib  gəlir. İkinci raundda Heydərov Tomas Çerniavski (Polşa) ilə üz-üzə gəlib və o rəqibini yuko hesabı ilə məğlub edib. Bundan sonra, O, Daniel Pouell (Böyük Britaniya) və Akil Gjakovani (Kosova) üzərində də inamla qələbə qazanaraq finala çıxıb. Beləliklə, Heydərov Malaqada qızıl medalın bir addımlığında dayanıb.

Heydərovun final görüşü günün ən yaddaqalan anı olub. Hidayətin gürcüstanlı  Georgi Katsiaşviliyə qalib gələcəyinə bütün azarkeşləri inanırdı. Heydərov bu rəqibini də məğlub edərək qızıl medal qazanıb.

"Mən  Avropa çempionu adını qazandığım üçün çox sevinirəm. İkinci dəfə  Avropa birinciliyinin  qalibi oldum. Daha əvvəl Katsiaşviliyə uduzub sonra gənclərin qitə çempionatının finalında ona qalib gəlməyim məni çox sevindirdi. Növbəti hədəfim noyabr ayında Təl-Əvivdə keçiriləcək U23 Avropa Birinciliyində qalib olmaqdır".

Digər xəbərlər