ELXAN ABDULLAYEV "NEFTÇİ"Nİ MƏŞQƏ ÇIXARDI - VİDEO

ELXAN ABDULLAYEV "NEFTÇİ"Nİ MƏŞQƏ ÇIXARDI - VİDEO
Futbol, Video
16 Sentyabr 2016 - 10:45
"BU QAPIDAN İÇƏRİ KEÇƏNDƏ TÜKLƏRİM BİZ-BİZ OLUR"

"Neftçi" əsas komandasının baş məşqçisi Elxan Abdullayev komanda üzvlərinə təqdim olunub. Təqdimat mərasimində klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub komandalarının baş administratoru İslam Abbasov və icraçı direktor Elnur Eyvazov iştirak ediblər. Görüşdən sonra komanda Elxan Abdullayevin rəhbərliyi altında ilk məşqinə çıxıb.

E.Abdullayev bu vəzifəyə təyin olunması ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

"Bu hər bir azərbaycanlı məşqçi üçün böyük şansdır. Çox şadam ki, mənə belə bir etimad göstəriblər. "Neftçi” mənim üçün xüsusi bir komandadır – atam Ruslan Abdullayev burada futbolçu və məşqçi kimi çıxış edib. İndiyə kimi hər dəfə bu bazanın qapısından içəri keçəndə tüklərim biz-biz olur. "Neftçi” mənim həyatımın, ailəmin bir hissəsidir, komandanı çətin vəziyyətdən çıxarmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, yorulmadan birlikdə çalışsaq, komandanı layiq olduğu mövqeyə qaytararıq”.

Digər xəbərlər