KAMRAN AĞAYEV PORTUQALİYA KLUBUNDA!

KAMRAN AĞAYEV PORTUQALİYA KLUBUNDA!
Futbol
13 Sentyabr 2016 - 11:04
Milli komandamızın və "Sumqayıt"ın üzvü Kamran Ağayev özünə yeni klub tapıb.

 

Supersport.Az xəbər verir ki, təcrübəli qolkiper karyerasını Portuqaliyada davam etdirəcək. 30 yaşlı əlcək sahibi "Boavişta" klubu ilə münasibətlərini rəsmiləşdirib. O, yeni komandasının heyətində ilk məşqinə çıxacaq. Kamran millimizin digər üzvü Emin Mahmudovun çıxış etdiyi kluba azad agent statusu ilə keçib.

Qeyd edək ki, bu transfer sayəsində Portuqaliyada top ovacaq futbolçularımızın sayı üçə çatıb. Bundan əvvəl Budaq Nəsirov "Sportinq"lə, Emin Mahmudov isə "Boavişta" ilə anlaşmışdı.

Onu da əlavə edək ki, Kamran mövsümün əvvəlində "Sumqayıt"la 1 illik müqavilə imzalamışdı. Müqavilənin şərtlərində görə, əlcək sahibi xarici klubdan təklif alacağı təqdirdə azad futbolçu olacaqdı.

Digər xəbərlər