YAŞAR VAHABZADƏ: "BU, BİABIRÇILIQ DEYİL, İSTEFANI DÜŞÜNMÜRƏM" - VİDEO

YAŞAR VAHABZADƏ: "BU, BİABIRÇILIQ DEYİL, İSTEFANI DÜŞÜNMÜRƏM" - VİDEO
Futbol, Video
07 Sentyabr 2016 - 10:50
Supersport.Az 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Bakıda Farer adaları komandası ilə qarşılaşmada bir xalla kifayətlənən Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadənin fikirlərini videogörüntüyə alıb.
Məşqçi deyib ki, qollu heç-heçə biabırçı nəticə deyil:
"Komandamız əzmkar, mübariz oyun göstərdi. İlk hissədə çoxsaylı qol imkanlarını boşa verdik və qapımızda qol gördük. Ancaq fasilədən sonra hesabı bərabərləşdirə bildik. Hətta qələbə qolunu da vura bilərdik. Səfərdə bu rəqibi məğlub etmişdik. Ancaq bu dəfə alınmadı. Nəticəni biabırçı saymıram, futbolçuların əməyini yerə vurmaq olmaz. İstefa verməyi düşünmürəm, komandanı növbəti oyuna hazırlayacağam".

Digər xəbərlər