ƏMRAH ÇELİKEL: "QƏLƏBƏNİ AZƏRBAYCAN XALQINA HƏSR EDİRİK" - VİDEO

ƏMRAH ÇELİKEL: "QƏLƏBƏNİ AZƏRBAYCAN XALQINA HƏSR EDİRİK" - VİDEO
Futbol, Video
26 Avqust 2016 - 02:57



"QRUP MƏRHƏLƏSİNİ DƏ KEÇMƏLİYİK"

Supersport.Az Avroliqanın qrup mərhələsinə üçüncü dəfə adını həkk etdirən "Qarabağ"ın direktoru Əmrah Çelikelin fikirlərini təqdim edir.


- Hamımız çox sevincliyik. Hamınızı təbrik edirəm. İnanırdıq. Doğrudur, gərginlik də var idi, ancaq bu, inamızın önünə keçməmişdi. Futbolçuların, Qurban müəllimin əməyinə sağlıq, sizlər də çox sağ olun.


- Bu il də stadionun ot örtüyü pis vəziyyətdə idi...

- Haqlısınız, sizinlə razıyam, ancaq hava şəraitindən hamımız xəbərdarıq. İndi də hər kəs su içindədir. Bu il temperatur və rütubət gözləniləndən daha çox oldu. Hardasa, 38-40 dərəcə orta istilik var idi. Bütün meydanlarda təəssüf ki bu problem var. Biz də istərdik ki, daha yaxşı olsun, daha rahat oynayıb, çox qol vuraq.

- Qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsi ehtimalı varmı?

- Hələ bu barədə danışmaq çox tezdir. Biz istəyirik ki, ən yaxşı variantı həyata keçirək. İnşallah komandamız üçün ən yaxşı şəraiti yaradacağıq.

- Tahir bəyi oyunda görmədik...

- Tahir bəy işgüzar səfərdədir. Oyunboyu əlaqə saxladıq. Matçı TV-dən izləyirdi. Hamıya salamlarını və təbriklərini yolladı.

- Qrup mərhələsində "Mançester Yunayted", "Fənərbağça" kimi komandalarla ilə üz-üzə gəlməyi istərdinizmi? 

- Mənim seçməyimlə deyil. Mənim tək istəyim qrup mərhələsindən də çıxıb mübarizəni davam etdirməkdir.

- Yeni transfer olacaqmı?

- Bu məsələlər Qurban müəllimin səlahiyyətindədir.

- Bu qələbəni kimə həsr edirsiniz?

- Təbii ki, Azərbaycana xalqına.





Digər xəbərlər