BİRİNCİ DİVİZİONDA PÜŞK ATILDI

BİRİNCİ DİVİZİONDA PÜŞK ATILDI
Futbol
23 Avqust 2016 - 15:22


Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Supersport.Az-ın xəbərinə görə, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri və jurnalistlər iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə, ilk turun cütləri aşağıdakı kimidir:

7-8 sentyabr

“Rəvan” – “Turan Tovuz”

“Zaqatala” – “Şahdağ”

“Şəmkir” – “Şərurspor”

“Bakılı” – “Ağsu”

“Mil Muğan” – “Səbail”

MOİK – “Energetik”

“Qaradağ Lökbatan” – “Göyəzən”

Digər xəbərlər