GÜLƏŞ YIĞMALARIMIZ QIZILSIZ QALDI

GÜLƏŞ YIĞMALARIMIZ QIZILSIZ QALDI
Olimpiya, Rio-2016, Güləş
21 Avqust 2016 - 22:37
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları da başa çatıb.

Güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Olimpiya çempionumuz Toğrul Əsgərov yenə də birinci yeri tutmaq üçün mübarizə aparıb və finala çıxıb.

65 kq

Bu çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Pəhləvanımız tam üstünlüklə qalib gəlib - 12:2. Bu rəqibini keçən Toğrul Əsgərov, 1/4 finalda amerikalı Frank Molinaroya dərs verib - 10:0.

FİNAL - Toğrul Əsgərov - Soslan Ramonov (RUS) 0:11
1/2 final - Frank Çamizo (İTA) - Toğrul Əsgərov 4:7
1/4 final - Toğrul Əsgərov - Frank Aniello Molinaro (USA) 10:0
1/8 final - Toğrul Əsgərov - Andriy Kvyatkovskiy (UKR) 12:2

97 kq

Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edib. Dünya çempionu, üçqat Avropa çempionu, iki Olimpiadanın (Pekin-2008 və London-2012) bürünc mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub. Təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb. Xetaq ikinci qarşılaşmada iranlı Rezanı məğlub edib - 2:1.

FİNAL -  Kyle Frederick Snyder (USA) - Xetaq Qazyumov 2:1
1/2 final - Valerii Andriytsev (UKR) - Xetaq Qazyumov 0:11
1/4 final - Maqomed İbrahimov (UZB) - Xetaq Qazyumov 3:12
1/8 final - Reza Mohammad Ali Yazdani (İRİ) - Xetaq Qazyumov 1:2
1/16 final - Radoslaw Baran (POL) - Xetaq Qazyumov 0:3

Qeyd edək ki, Rioda çıxışını başa vurmuş millimizin digər üzvlərindən Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.

 

Digər xəbərlər