BRAZİLİYA FUTBOL YIĞMASI OLİMPİADADA QIZIL MEDAL QAZANDI - FOTO

BRAZİLİYA FUTBOL YIĞMASI OLİMPİADADA QIZIL MEDAL QAZANDI - FOTO
Futbol, Olimpiya, Rio-2016
21 Avqust 2016 - 07:35
"Rio-2016" Olimpiya Oyunlarında futbol yarışlarının finalında Almaniya yığmasını məğlub edən Braziliya seçmə komandası birinci yeri tutub.

Oyunda hesabı Braziliya yığmasının oyunçusu Neymar açıb. Görüşün 59-cu dəqiqəsində Mask Meyer Almaniya millisinin cavab qolunu vurub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş 30 dəqiqədə də qapılara qol vurulmayıb. Qalib penalti seriyası ilə müəyyən olunub. Braziliyalılar zərbələri daha dəqiq yerinə yetiriblər – 5:4. Beləliklə, Olimpiya qızılı ev sahiblərinə qismət olub.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Honduras komandasını 3:2 hesabı ilə məğlub edib.

brazil001brazil01brazil0001brazil3brazil2brazilfanbraziliyaolimpiya

Digər xəbərlər