RADİK İSAYEV AZƏRBAYCANA İLK QIZIL MEDALI QAZANDIRDI - ŞƏKİLLƏR

RADİK İSAYEV AZƏRBAYCANA İLK QIZIL MEDALI QAZANDIRDI - ŞƏKİLLƏR
Olimpiya, Rio-2016, Taekvondo
21 Avqust 2016 - 05:30
radikqizilradik0radik

Bu gün Rio-2016-da taekvondoçuların mübarizəsinə yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində son olaraq Radik İsayev (+80 kq) dayanq üzərinə çıxıb. O, 1/8 finalda qazaxıstan Ruslan Japarovu üstələyib – 11:2.

Sonra dünya və Avropa çempionumuz koreyalı Dongmin Ça ilə qarşılaşıb. Gərgin mücadilərə təmsilçimiz Pekin olimpiadasının qalibini məğlub edib – 12:8.

Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə döyüşüb. Hesabda geridə olmasına rəğmən, Radik İsayev bu görüşdən də qalib ayrılıb – 4:1. Finalda taekvondoçu nigeriyalı Abdulrazaq İssoufou ilə qarşılaşmada 6:2 hesablı qələbə qazanıb.

Milli üzvünün qələbəsi bu idmanda yeni səhifə açıb. İndiyədək olimpiya oyunlarında taekvondoda medal qazana bilməyən Azərbaycan, Rio-2016-da birdən-birə 3 medal qazanıb. Çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc mükafata sahib çıxıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib. Radik İsayevin finala çıxaraq birinci yeri tutması yeni uğurdur. Bu, Azərbaycanın Rio Olimipadasında ilk qızıl mükafatıdır.

 

Digər xəbərlər