RİO-2016: DAHA İKİ GÜLƏŞÇİMİZİN RƏQİBİ BƏLLİ OLDU

RİO-2016: DAHA İKİ GÜLƏŞÇİMİZİN RƏQİBİ BƏLLİ OLDU
Olimpiya, Rio-2016, Digər
19 Avqust 2016 - 23:20



Rio Olimpiadasında sərbəst güləş yarışları davam edir. Supersport.Az saytının məlumatına görə, sabah daha iki dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının iki üzvü də sabah xalça üzərinə çıxacaq.

Belə ki, 86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi çinli idmançı Şenqfenq Bi olacaq.

Onun komanda yoldaşı 125 kq çəkidə yarşan Cəmaləddin Məhəmmədov da bu mərhələdən başlayacaq. Cəmaləddin 1/4 finala keçmək üçün ABŞ güləşçisi İvaylov Dlaqnevi yolundan kənarlaşdırmalıdır.

Digər xəbərlər