"QARABAĞ"A GƏLMƏYİM KARYERAMDA YENİ SƏHİFƏDİR" - ŞƏKİLLƏR

"QARABAĞ"A GƏLMƏYİM KARYERAMDA YENİ SƏHİFƏDİR" - ŞƏKİLLƏR
Futbol
13 Avqust 2016 - 06:25
2016-2017-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi bağlanmamış "Qarabağ" gözlənilən transferi reallaşdırıb. Hücum mövqeyinə transfer etməyi planlaşdıran klub uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. "Qarabağ" Cənubi Afrika millisinin üzvü olan, ötən mövsüm Cənubi Kipr çempionatında "Anortosis"in heyətində 16 qolla yarışın ən məhsuldar 2-ci futbolçusu olmuş Dino Nidlovunun keçidini rəsmiləşdirib. 26 yaşlı forvard karyerası ərzində ölkəsindən başqa İsrail çempionatında da çıxış edib. Son mövsüm "Anortosis"in heyətində ulduzu parlayan forvard, bombardirliyi ilə yadda qalıb. Afrikalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Dino "Qarabağ"ın saytına keçidi haqda danışıb:

"Qarabağ"a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacağam ki, "Qarabağ"a oyunumla fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır".

Yeni transfer, Dino Nidlovu dünən axşam məşqində komandaya təqdim olunub, daha sonra futbolçu çalışmalara start verib.

ndlovndlovu1ndlovu2ndlovu3ndlovu4

Digər xəbərlər