"QƏBƏLƏ" - "MARİBOR": OYUNUN KEÇİRİLƏCƏYİ MƏKAN MƏLUM OLDU

"QƏBƏLƏ" - "MARİBOR": OYUNUN KEÇİRİLƏCƏYİ MƏKAN MƏLUM OLDU
Futbol
12 Avqust 2016 - 11:28
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qəbələ" - "Maribor" (Sloveniya) oyununun keçiriləcəyi yer müəyyənləşib.

Komandalar "Dalğa Arena"da üz-üzə gələcəklər. UEFA Avropa Liqasının ilk üç turu çərçivəsində baş tutan oyunları 8-ci km stadionunda keçirən "qırmızı-qaralar"ın arenanı dəyişməsinə səbəb adıçəkilən stadionda renovasiya işlərinin aparılmasıdır. "Qəbələ" İdman Klubu "Dalğa Arena"da keçirilən oyunu izləmək istəyən azarkeşlərin rahatlığını təmin etmək məqsədilə paytaxt mərkəzindən stadiona nəqliyyat vasitələri ayıracaq. Bu məqsədlə ayrılan avtobuslar oyun günü azarkeşləri matçın keçiriləcəyi stadiona aparacaq və geri gətirəcək. Nəqliyyat vasitələrinin marşrutu barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək "Qəbələ" – "Maribor" oyunu saat 21:00-da başlayacaq.

Digər xəbərlər