"QARABAĞ"LA OYUN ƏRƏFƏSİNDƏ "SUMQAYIT"DA 3 İTKİ

"QARABAĞ"LA OYUN ƏRƏFƏSİNDƏ "SUMQAYIT"DA 3 İTKİ
Futbol
10 Avqust 2016 - 17:15
Premyer Liqaya qələbə ilə başlayan "Sumqayıt" Futbol Klubu 2-ci turda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlığını davam etdirir.


Supersport.Az-ın məlumatına görə, dünən axşam komanda növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfşin İsmailzadə tam sağalaraq artıq kollektivə qoşulub. Mikayıl Rəhimov, Bəxtiyar Həsənalızadə və Maqomed Kurbanov isə zədəli olduğu üçün məşqlərə qatılmayıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu avqustun 11-də saat 19:00-da başlayacaq.

Digər xəbərlər