"QƏBƏLƏ" FASİLƏSİZ BAŞLADI

"QƏBƏLƏ" FASİLƏSİZ BAŞLADI
Futbol
10 Avqust 2016 - 01:54
"Qəbələ" Azərbaycan Premyer Liqasının 2-ci turunun "İnter"lə oyununun hazırlığına start verib.

Supersport.Az-ın məlumatına görə, avqustun 8-də keçirilən “Kəpəz”lə 1-ci turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” dünən günün ikinci yarısında bir araya gəlib. Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini bu gün keçirəcək.

"Qəbələ" - "İnter" oyunu avqustun 12-də, saat 20:00-da başlayacaq. Matç "Dalğa Arena"da keçiriləcək.

 

Digər xəbərlər