"İNTER"İN BAŞ MƏŞQÇİSİ: "FUTBOLÇULARI QƏHRƏMAN ADLANDIRMAZDIM" - VİDEO

"İNTER"İN BAŞ MƏŞQÇİSİ: "FUTBOLÇULARI QƏHRƏMAN ADLANDIRMAZDIM" - VİDEO
Futbol, Video
08 Avqust 2016 - 13:13
Supersport.Az "Qarabağ"a qalib gələn "İnter"in baş məşqçisi Zaur Svanadzenin fikirlərini təqdim edir.

Gürcü mütəxəssis bildirib ki, komandası çempionluğun gizli favoriti deyil:

"Əslində ilk hissədə pis oynamadıq. Ancaq buraxdığımız bir səhvdən qol buraxdıq. İkinci yarıda toparlana bildik və qələbə qazandıq. Komandamın çıxışından razı qaldım. Belə davam etsək, hər şey yaxşı olacaq. Onu da qeyd etmək istərdik ki, bizim üçün bu mövsüm çox çətin keçəcək. Çünki bütün 8 iştirakçının hamısı güclüdür. Uşaqlara demişdim ki, məğlub olsaz, sizi bir o qədər qınayan olmayacaq. Ancaq sona kimi döyüşün. Düzdür, qalib gəldilər. Amma buna görə futbolçularımı qəhrəman adlandırmazdım. İlk qolda demək olar ki, bütün komanda iştirak etdi. İkinci qolda isə Ruslanın bacarığı sözünü dedi. Qələbəni bütün komanda qazanır. Ötən mövsüm 14-15 futbolçumuz var idi. Qalanları isə gənc olduğundan heyət sarıdan sıxıntı çəkirdik. İndi isə demək olar ki, hər mövqedə 2-3 futbolçumuz var. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Özümüzü çempionluğun gizli favoriti saymıram".

Digər xəbərlər