"MİLAN"DAN RƏSMİ TRANSFER

"MİLAN"DAN RƏSMİ TRANSFER
Futbol
06 Avqust 2016 - 09:49


"Milan" heyətini bir futbolçu ilə gücləndirib.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi Argentinanın "Lanus" klubundan Qustavo Qomezi transfer edib. 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Milan" paraqvaylı futbolçunun transferi üçün "Lanus"a 7 milyon avro ödəyib.

 

Qeyd edək ki, Qozez 2014-2016-cı illərdə "Lanus"da çıxış edib. O, meydana çıxdığı 63 matçda 3 dəfə fərqlənib.

Digər xəbərlər