TAHİR GÖZƏL: "ÇOX MƏYUSUQ, BƏXTİMİZ GƏTİRMƏDİ" - VİDEO

TAHİR GÖZƏL: "ÇOX MƏYUSUQ, BƏXTİMİZ GƏTİRMƏDİ" - VİDEO
Futbol, Video
03 Avqust 2016 - 03:20
Supersport.Az Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Viktoriya" ilə oyunun ardından danışan "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəlin açıqlamasını videogörüntüyə alıb.

"Nəticəyə görə çox məyusuq. Üstünlük komandamızda idi. 3 real qol epizodunu boşa verdik. Rəqibin 1 imkanı oldu və ondan da istifadə etdi. Xalqımıza qələbə sevinci yaşatmaq istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Biz Qurban Qurbanovun işinə qarşıa bilmərik. Rəqib komandanın rəhbərliyi ilə söhbət etmişik. Bildirdilər ki, çempionat oyunlarında hər matça 12 min azarkeş yığılır. Biz isə hər oyuna 5 min azarkşe yığsaq, uğur olar. Azarkeşlərimizə möhtəşəm dəstəyə görə təşəkkür edirəm".

Tahir Gözəl hədəflərinin Avropa Liqasının qrupunda oynamaq olduğunu bildirib:

"Qarabağ" əlindən gələni etdi ki, mərhələni adlasın. Çox gözəl oynadıq. Bizim bəxtimiz gətirmədi. Hədəfimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqdır".

Digər xəbərlər