"QARABAĞ" AZARKEŞLƏRİ "VİKTORİYA"NI QORXUTDU - VİDEO

"QARABAĞ" AZARKEŞLƏRİ "VİKTORİYA"NI QORXUTDU - VİDEO
Futbol, Eksklüziv, Video
02 Avqust 2016 - 14:39
Supersport.Az Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Viktoriya"nın Bakı məşqindən maraqlı videogörüntü hazırlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionunun azarkeşləri Çexiya təmsilçisinin futbolcularının əleyhinə şüarlar səsləndirib.

"Qarabağ"ın güclü olduğunu bəyan edən fanatlar, partlayıcı maddələrdən istifadə ediblər. Hətta "Qarabağ"ın azarkeşlərindən biri "Viktoriya"nın məşqinə müdaxilə etmək istəyib, lakin mühafizəçi bunun qarşısını alıb.

Çexiya çempionunun hazırlıq prosesində məşqçinin sifətinə top dəyməsini futbolçular gülüşlə qarşılayıb.

Digər xəbərlər