"VİKTORİYA" "QARABAĞ"DAN ÜZR İSTƏDİ - VİDEO

"VİKTORİYA" "QARABAĞ"DAN ÜZR İSTƏDİ - VİDEO
Futbol, Eksklüziv, Video
02 Avqust 2016 - 11:02
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Viktoriya" Azərbaycan komandasından üzr istəyib.

Oyun ərəfəsində əməkdaşımız, Çexiya təmsilçisinin mətbuat xidmətinin rəhbəri Vaslav Hanzlikdən ilk qarşılaşmadan öncə klubun saytında "Qarabağ"ın işğalçı ermənilərin yaratdığı qondarma respublikanın təmsilçisi kimi göstərilməsinin səbəbini soruşub.

O, bunun səhv olaraq baş verdiyini bildirərək, üzr istəyib:

"Biz "Qarabağ"la oynayacağımızı öyrəndikdən sonra "vikipediya"da bu komanda və Qarabağ barədə məlumatlar əldə etdik. Ancaq bu zaman belə bir səhv etdik. Səhvi anlayan kimi dərhal dəyişiklik etdik və buna görə üzr istədik. Bu hala görə bir daha üzr istəyirik".

"Viktoriya"nın baş məşqçisi Roman Pivarnik isə "Azərbaycan üçün "Qarabağ" adının necə mühüm olduğunu bilirsiz" sualını cavablandıırb:

"Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. "Qarabağ"ın Bakıda oynaması bizə də təəccüblü gəldi".

Digər xəbərlər