LUİS HAMİLTON ALMANİYA QRAN-PRİSİNİN QALİBİ OLDU

LUİS HAMİLTON ALMANİYA QRAN-PRİSİNİN QALİBİ OLDU
Digər, Formula-1
01 Avqust 2016 - 22:17
Formula-1 üzrə dünya çempionatının iyulun 29-31-də keçirilən 12-ci yarışında – Almaniya Qran-prisində qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə altıncı qələbəsini qazanıb.

Supersport.Az xəbər verir ki, on ikinci yarışda pilotlar Hokkenhaymrinq trasında uzunluğu 4574 metr olan trekdə mübarizə aparıblar.

Luis Hamilton yarışı 1 saat 30 dəqiqə 44,220 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 6,996 saniyə geridə qalan Daniel Rikkardo (Red Bull Racing) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 13,413 saniyə sonra finişə çatan Maks Ferstappen (Red Bull Racing, 15 xal) tamamlayıb.

On ikinci Qran-pridən sonra “Mercedes”in pilotu Luis Hamilton 217 xalla liderliyini davam etdirir. Cari mövsümdə altıncı qələbəsini qazanan L.Hamiltonun bu mərhələdən sonra ikinci pillədə qərarlaşan komanda yoldaşı N.Rosberq ilə xal fərqi 19-a çatıb. N.Rosberqin hesabında 198 xal var. O, indiyədək keçirilən on mərhələdən beşində (Avstraliya, Bəhreyn, Çin, Rusiya, Azərbaycan) qalib gəlib.

Aktivində 133 xal olan Daniel Rikkardo (Red Bul Racing) üçüncü, Kimi Raikkonen (Ferrari) 122 xalla dördüncü və 120 xala sahib olan Sebastian Vettel (Ferrari) isə beşincidir.

Çempionatın növbəti – on üçüncü yarışı avqustun 26-28-də Belçikada keçiriləcək.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

Digər xəbərlər