"QARABAĞ"A DƏSTƏK OLMAQ LAZIM DEYİLMİ?

"QARABAĞ"A DƏSTƏK OLMAQ LAZIM DEYİLMİ?
Futbol, Tribuna
30 İyul 2016 - 15:18
"Qarabağ" klubunun meneceri Asif Əsgərov özünün İnstagram səhifəsində maraqlı yazı paylaşıb. Yazının aktuallığını nəzərə alaraq, Supersport.Az oxucularına təqdim edirik.

***

Gəlin bir olaq. Azərbaycanlı olduğumuzu göstərək və komandanın adından asılı olmayaraq, Azərbaycanı təmsil etdiyini unutmayaq. Müxtəlif statuslar yazılır. Ağlımıza gələn və gəlməyən, məntiqli və məntiqsiz hər şey.. Amma unuduruq ki, bu paylaşımlar, statuslar komandamızın xeyrinə yox, yalnız və yalnız, unutmayın - yalnız və yalnız komandamızın uğursuzluğuna hesablanan yazılardır..

Niyə uğur qazanılanda hamımızın, uğursuzluq olanda isə komandanın uğursuzluğu olur? Vaxt var idi, az fərqlə yeniləndə sevinirdik, indi Avropa nəhənglərinin Azərbaycana gəlişi adi hal alınan vaxtda dəstək olmaq lazım deyilmi? Nə vaxta kimi bir-birimizin ayağının altını qazmaqdan zövq alacağıq? Kimə özümüzü göstəririk? Sadə olsaq və xırda bir detalla dəstək olduğumuzu nümayiş etdirsək pismi olar? Yoxsa qorxursunuz ki, Avropadan kimsə klubunuza, klubumuza Azərbaycan təmsilçisinə dəstək olduğunuza görə sizi qınayacaq? Əsla!!

Bir şəkilə baxın... Günün istisində sıraya durub komandaya dəstək olmaq istəyirlər. Hər birinizin ayaqlarına sağlıq! Ekran qarşısında rahat oturub, telefon əlində bir mənfi axtarıb, həmən status paylaşanlar, ayılın, bir az da yaxşı şeylər düşünün. Həyatda pislik yox, yaxşılıqlar qalacaq. Uğur istəyirsinizsə, bir addım da siz atın. Xırda işlərin mükəmməl görülməsi, böyük uğurların açarıdır, unutmayın!!!

"...Siz göstərdiyiniz SƏBR və duruşunuzla yüksək Azərbaycan mədəniyyətini göstərdiniz. Mənim üçün siz qalibsiniz!!" Bu sözlər cənab Prezidentimizin iki il əvvəl məlum oyundan sonra dedikləri sözlərdir. Bütün davaların dərmanı SƏBRdir. Səbrli olub, yaxşı şeylər düşünün. İnanın ki, onda hər şey istədiyimizdən də yaxşı olacaq, inşAllah. Təki Allah bizimlə olsun. BİZ – yəni, sən, mən, biz, hamımız..

Amin !!!!

02.avqust, 2016 saat: 20:30 Birliyimizin nümayiş günü !!! Gəlin tarixi birlikdə yazaq...

Digər xəbərlər