ƏLİYAR AĞAYEV AVROPA ÇEMPİONATININ FİNAL OYUNUNU İDARƏ ETDİ

ƏLİYAR AĞAYEV AVROPA ÇEMPİONATININ FİNAL OYUNUNU İDARƏ ETDİ
Futbol
25 İyul 2016 - 07:22
Almaniyada təşkil edilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Supersport.Az-ın məlumatına görə, həlledici oyunda Fransa və İtaliya milliləri üz-üzə gəliblər. FİFA referimiz Əliyar Ağayevin idarə etdiyi oyunda Fransa yığması 4:0 hesabı ilə qalib gələrək qitə çempionu olub.

Ağayev oyunda 7 dəfə əlini cibinə atmalı olub. Həmvətənimiz 2 dəfə fransızları, 5 dəfə isə italyanları sarı vərəqə ilə cəzalandırıb.

U-19 Avropa çempionatı, final

24 iyul

Fransa 4 - 0 İtaliya

Qollar: Yan-Kevin Auqustin, 6, Lüdovik Blas, 19, Lukas Tusart, 82, İssa Diop, 90+2

Digər xəbərlər