"VİKTORİYA" - "QARABAĞ" OYUNUNDA MAKEDONİYALI HAKİMLƏR

"VİKTORİYA" - "QARABAĞ" OYUNUNDA MAKEDONİYALI HAKİMLƏR
Futbol
24 İyul 2016 - 05:55
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Viktoriya" - "Qarabağ" qarşılaşmasının hakimləri məlum olub.

"Dusan Arena"da baş tutacaq ilk oyunda makedoniyalı Aleksandar Stavrev fit çalacaq. Ona həmvətənliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi Dimitar Mekarovski olacaq.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, "Viktoriya Plzen" - "Qarabağ" matçı iyulun 26-da Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Digər xəbərlər