"İNTER"İN NÖVBƏTİ RƏQİBİ MÜƏYYƏNLƏŞDİ

"İNTER"İN NÖVBƏTİ RƏQİBİ MÜƏYYƏNLƏŞDİ
Futbol
20 İyul 2016 - 22:00
Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışını davam etdirən "İnter" daha bir yoxlama görüşü keçirəcək. Zaur Svanadzenin rəhbərlik etdiyi komanda bu dəfə yerli "Elazığspor"la qarşılaşacaq. İyulun 22-də keçiriləcək oyun saat 19:00-da başlanacaq. Buna qədər "İnter" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk matçda "Kasımpaşa"nı 2:1 məğlub etmişdi.

Onu da qeyd edək ki, “İnter” yay transfer dönəmində heyətinə 10 futbolçu qatıb.

Digər xəbərlər