"QƏBƏLƏ" ANTONOVU YOLA SALDI

"QƏBƏLƏ" ANTONOVU YOLA SALDI
Futbol
20 İyul 2016 - 00:03
Supersport.Az-ın məlumatına görə, "Qəbələ" ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb.

30 yaşlı hücumçu ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2015-ci yayından "qırmızı-qara" forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə klubumuzun şərəfini qoruyub. Aleksey "Qəbələ"də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.

"Qəbələ" Aleksey Antonova "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara, qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni uğurlar arzulayıb.

 

Digər xəbərlər